Salam Servis – Hər bir sərnişin (və ya qrup halında) hava limanında sərhəd xidməti, ğömrük rəsmiləşdirilməsi və aviasiya təhlükəsizliyi xidməti mərhələlərini keçərkən fərdi məsləhət xidməti, Visa rəsmiləşdirilməsi zamanı faydalı məsləhətlər və konsaltinq dəstəyi ilə təmin edilir. Eyni zamanda sinxron tərcüməçinin köməyi (İngilis, Azərbaycan, Rus) də bu növ xidmətə daxildir.
Salam Servis & Fast Track – Yuxarıda sadalanan xidmətlərə əlavə olaraq bütün rəsmiləşdirmə işləri növbəsiz və sürətlə həyata keçirilir. Müştəri uçuş terminalı binasının qarşısında, bu zaman baqajın daşınması üçün xüsusi şəxs ayrılır və aviasərnişinlər fərdi məsləhətçinin köməyi ilə yorucu rəsmiləşdirmə işlərini növbəsiz və sürətlə həyata keçirirlər. Həmçinin bu xidmət çərçivəsində müştəriyə təyyarənin salonunda prioritet oturacaqlar təklif edilir.
Salam Servis, Fast Track və Lounge xidməti – Butun yuxarıda qeyd edilən xidmətlərlə bərabər uçuş öncəsi və sonrası və ya transfer zamanı siniz rahatçılığınızın təmin edilməsi məqsədi ilə Sizə 4 ədəd xüsusi gözləmə zalından birində gediş zamanı Muğam və Buta, gəliş zamanı Xəzri və Gilavar istirahət etmək təklif olunur. Müştərilərin tam rahatçılığını təmin etmək məqsədilə gülərüz, peşəkar işçi heyəti, rahat mühit və bar xidməti sizin ixtiyarınızdadır.