Azərbaycanda istirahətin müxtəlif növləri mümkündür; turistləri dağlar və dəniz, qoruqlar və qədim abidələr, cürbəcür təbiət mənzərələri və iqlim qurşaqları gözləyir. Azərbaycanda alp səhraları və həmişəyaşıl meşələr ecazkar surətdə yan-yana yaşayır. Alimlərin təxmin etdiyinə görə 13 milyondan artıq ildir dəyişməz qalan qədim tuqay meşələrinə dünyanın başqa yerlərində rast gəlinməz. Bundan əlavə, Azərbaycan ekoloji və etnoqrafik turizm üçün əsil cənnətdir, burada zəngin və müxtəlif flora (4100-dən artıq növ bitki, o cümlədən 200 endem növ) və fauna (təqribən 12 min növ heyvan) mövcuddur. Ölkənin şimali bölgələrindəki əzəmətli dağlar – Şahdağ, habelə cənubda, Talışda olanlar bütün Qafqaz dağlarının ən toxunulmamış və gəzilməmiş olanlarıdır. Azərbaycanın ən böyük qoruqları: Qızılağac, Zaqatala, Hirkan, Şirvan və s. ölkəmizin unikal heyvan aləmini qorumaqdadır.
Azərbaycanın iqlimi subtropikdir, yayda Xəzər dənizinin çimərliklərində isti günəş şüaları altında dincəlməyi sevənlər üçün əlverişli hava olur. Şəkiyə və Qobustana, Şahdağa və Qubaya, Qəbələyə və Lənkərana getmək olar; habelə 130 muzeyi, teatrı, galereyası, misli olmayan qədim mavzoleyləri olan Bakını da gəzmək maraqlı olar.